Qabiliyyət imtahanı üçün qeydiyyat başa çatır
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başa çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Adalet.az-a verilən məlumata görə, teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.
Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.
Bədən tərbiyəsi və idman istiqaməti, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat isə 5 iyun saat 23:59-da bitəcək.
Musiqi sənəti istiqamətinin qabiliyyət imtahan komissiyaları üzrə göstərilən tarixə qədər qeydiyyatdan keçməyən və ya nəzəriyyə fənləri imtahanlarında iştirak edib müsbət qiymət almayan abituriyentlər digər komissiyaların ixtisas imtahanlarında iştirak etmək üçün aparılacaq növbəti qeydiyyat mərhələsinə buraxılmayacaqlar. Seçilən əlavə komissiyaların nəzəriyyə fənləri abituriyentin imtahan verdiyi nəzəriyyə fənlərinə uyğun olmalıdır.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

