Qadın minaaxtaranların qəbuluna başlanıldı
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “İcma Mina Aksiyası” komandası qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edir.
Adalet.az xəbər verir ki, qadın minaaxtaran vəzifəsinə işçi qəbulunda aşağıdakı tələblər mövcuddur:
Minaaxtaran vəzifəsinə müraciət etmək istəyən şəxslər aşağıdakı meyarlara uyğun olmalıdırlar:
Azərbaycan Respublikasının vətəndaşı olan, 18-30 yaş aralığında fiziki və əqli cəhətdən sağlam şəxs (qadın);
Məsuliyyətli, nizam-intizamlı və komanda şəraitində işləməyə uyğun;
Cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmayan;
Narkotik və psixotrop maddələrə asılılığı olmayan şəxs.
Təminat və şərtlər:
Rəqabətqabiliyyətli əməkhaqqı və səmərəli fəaliyyətə görə mükafatların verilməsi;
Gündəlik yemək, geyim (xüsusi forma) və yaşayış yeri ilə təmin edilmə;
Əməkhaqqı: 1000 AZN;
İş qrafiki: həftə içi 5 gün (08:00–17:00);
Şənbə və bazar günləri işləyənlərə həmin günlər üçün ikiqat ödəniş.
Maraqlanan xanım namizədlər aşağıdakı sənədləri [email protected] elektron poçt ünvanına və ya 051 215 08 80 WhatsApp nömrəsinə göndərməklə müraciət edə bilərlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
CV və ya bioqrafiya.
Sənədlərin qəbulu üçün son tarix: 13 noyabr 2025.
Digər Xəbərlər
07 Noyabr 2025 14:18
DİN-də Zəfər Gününə həsr edilmiş tədbir keçirildi - VİDEO+FOTOLAR
07 Noyabr 2025 13:51
"Vergi güzəştlərinin ləğvindən söhbət getmir" - Nazir müavini
07 Noyabr 2025 12:54
Təqaüdçülərə, şagird və tələbələrə ictimai nəqliyyatda güzəşt məsələsi Milli Məclisdə qaldırıldı
07 Noyabr 2025 12:28
Sahil Babayev: Əhalinin rifahı ana prinsipdir
07 Noyabr 2025 11:56
“Televiziyalarımızın ekranlarından geylər bizə "əxlaq" dərsi keçir...”
07 Noyabr 2025 11:13
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
07 Noyabr 2025 11:07
Milli Məclisdə büdcə müzakirələri davam edir
07 Noyabr 2025 10:22


Bakı -°C

