"Vergi güzəştlərinin ləğvindən söhbət getmir" - Nazir müavini
Azərbaycanda vergi güzəştlərinin ləğvindən söhbət getmir.
Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, bütün dünyada, o cümlədən Azərbaycanda vergi güzəştləri müəyyən müddətdə nəzərdə tutulur: "Azərbaycanda gəlir vergisi güzəşti 7 illik müəyyən olunmuşdu. Bu müddət başa çatdı. Onun əvəzinə, vergi güzəştinin yeni növü gətirilir. Belə ki, əməkhaqqısı 2500 manata qədər olan insanlar 14 % gəlir vergisi verməli idilər. Amma gələn ildən bu, 3 % olacaq. Ölkədə əməhaqqısı 2500 manata qədər olan kifayət qədər çox insan var. Odur ki, 3 % böyük göstərici deyil. Buna görə də bu istiqamətdə maarifləndirməni genişləndirmək lazımdır".
Digər Xəbərlər
06 Dekabr 2025 16:03
Ramiz Mehdiyev haqqında yazılan mədhiyyə... - Elcan Məmmədov yazır
06 Dekabr 2025 15:55
İndi də Ramiz Mehdiyevin Nabrandakı villasının görüntüləri YAYILDI - VİDEO
06 Dekabr 2025 14:21
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ!
06 Dekabr 2025 09:09


Bakı -°C

