Qadına kömək adı ilə yaxınlaşıb soyğunçuluq etdi
Sumqayıt şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 38 yaşlı Abbas Həsənov saxlanılıb. Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub.
Sumqayıt polisinin həyata keçirdiyi daha bir əməliyyat zamanı evlərin birindən 1200 manat dəyərində təmir alətləri, inşaat materialları, eləcə də şəhər ərazisində yerləşən ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7320 manat oğurlayan əvvəllər məhkum olunmuş şəxslər - Əvəz Cəfərov və Sürəyya Balayeva da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam aparılır.
Digər Xəbərlər
17 Dekabr 2025 13:38
Mütəşəkkil dəstə üzvləri saxlanıldı - VİDEO
17 Dekabr 2025 12:40
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
17 Dekabr 2025 10:55
Polis əməliyyat keçirdi: Saxlanılan var - VİDEO
16 Dekabr 2025 17:49
Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib
16 Dekabr 2025 17:39
Tülin Ələkbərova ilə bağlı qərar verildi
16 Dekabr 2025 17:21
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşdı - Tutuldu - VİDEO
16 Dekabr 2025 12:22
İrandan Azərbaycana 31 kq narkotik keçirmək istədilər
16 Dekabr 2025 10:52


Bakı -°C

