"Qafqaz əsiri" yenidən çəkilir - Video

Sovet kinematoqrafıyasının klassik "Qafqaz əsiri" "cavanlaşmaya" məruz qaldı.
Adalet.az-ın verdiyi məlumata görə, sosial şəbəkədə məşhur filmin yeni versiyasının treyleri yayılıb.
Leonid Qaydayın məşhur komediyasının yeni versiyasında yeni qəhrəmanlar "sovet" prototiplərinə oxşar olacaqlar: Dmitri Şarakois - Aleksandr Demyanenkoya, Anastasiya Zadorojnaya - Natalya Varleyə, Nikolay Dobrınin - Yuri Nikulinə. "Qafqaz əsiri" indiki vaxta uyğunlaşdırılıb və filmdə bir şox məşhurlar rol alıb.
Həmçinin filmdə Mixail Yefremov və Genadi Xazanov oynayacaqlar. Onlar yeni "Qafqaz əsiri" filmində öz rollarını "qafqaz aksentiylə" icra edəcəklər.