adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Fevral 2021 09:03
46562
HADİSƏ

Qahirədə üç mərtəbəli bina çökdü: Ölən və yaralananlar var - VİDEO

Qahirədə üç mərtəbəli binanın çökməsi nəticəsində üç nəfər həlak olub.

Bu barədə “Səda el-Balad” telekanalı məlumat verir.

Qəzalı vəziyyətdə olan evin sökülmə növbəsində olduğu bildirilir.

Dağıntılar altından üç qurbanın cəsədi çıxarılıb. Bundan başqa, dörd nəfər yaralanıb.

Məhəllədə qonşu evlərin sakinləri təxliyyə edilib, əraziyə elektrik və qaz təchizatı da dayandırılıb.

İlkin məlumatlara görə, dağıntılar altında daha dörd nəfər ola bilər.