25 Iyul 2024 18:14
278
İDMAN

“Qalatasaray”ın futbolçusu Rusiya klubu ilə anlaşıb

Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək.

Adalet.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Premyer Liqa təmsilçisi “Orenburq”la anlaşıb. Bu barədə klubun idman direktoru Dmitri Andreyev məlumat verib. O, mövsümün sonunadək icarə əsasında Rusiya komandasında çıxış edəcək.

Qeyd edək ki, Kazımcan Karataş ötən mövsüm icarə əsasında “Ankaragücü” formasını geyinib.