adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
27 Mart 2024 11:59
1719
ŞOU-BİZNES

Qalmaqal böyüyür. İfaçı polisə müraciət etdi

Gənc ifaçı Pünhan Piriyevlə Aşıq Mübariz arasında qalmaqal bitmək bilmir.

Adalet.az xəbər verir ki, “Rəngarəng” proqramında Aşıq Mübarizin Pünhan Piriyevə irad tutması gənc ifaçının xoşuna gəlməyib. Belə ki, efirdən sonra Aşıq Mübariz,  onun ardınca  P.Piriyev da canlı  yayım açaraq bir- birilərini təhqir ediblər.

Pünhana qəzəbini gizlətməyən Aşıq Mübariz: “Ay Pünhan, ay bambılı, ay onun-bunun barmağında oynadılan. Hamı səni barmağında oynadır. Hamı sənin haqqında nə düşünür özün bilirsən. Sən kimsənki mənim dizimi yerə atasan?!  Belə bir şey olsa, özüm- özümü asaram.Oğlum yaşdasan, sadəcə olaraq hər sözünə cavab vermirəm. Elə bilirsən ki danışmağa sözüm yoxdur?!  Sənə baş qoşsam sənin səviyyəndə olaram.  Get öz işinlə məşğul ol. İnsan gərək əsl kişi olsun. Səni tanıyanlar bilirlər necə insansan. Səənətin varsa da, səndə bir qram şəxsiyyət yoxdur. Səndə kişilik yoxdur. Bunu bil!”

P.Piriyevin isə Aşıq Mübarizə cavabı gecikməyib:

“Mən onun haqqımda verilişdə danışdıqların ciddi qəbul etmədim. Dedim yaşda məndən böyükdür. Burdan ona səslənirəm ki, Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən. Sən sənətkarların ayağının tozu da deyilsən. Bu sözümün arxasındayam. Sən istedadlı aşıqların çölə atılan dırnağı da deyilsən”.

Qeyd edək ki, Pünhan  Piriyev təhqir olunduğu üçün Aşıq Mübarizlə bağlı polisə müraciət edib. 

Əntiqə Kərimzadə