28 Avqust 2025 11:36
104
KRİMİNAL

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 2 patron darağı və 21 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.