Qapalı məkanlarda siqaret çəkən, həmçinin onları ətrafa atan 10 nəfər cəzalandı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarını pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, ötən gün şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Digər Xəbərlər
13 Mart 2026 12:11
19 yaşlı qadın doğuş zamanı öldü
13 Mart 2026 10:41
Sumqayıtda PARTLAYIŞ - Yaralılar var - YENİLƏNİB
13 Mart 2026 10:21
Bakıda binanın həyətindən meyit tapıldı
12 Mart 2026 19:20
Xəlil Köçərli 100 yaşında vəfat etdi
12 Mart 2026 11:34
Yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO
11 Mart 2026 11:22
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
10 Mart 2026 18:50
Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI
10 Mart 2026 14:08


Bakı -°C

