Qar uçqununda itkin düşən hərbçilərimizin nəşləri TAPILDI
Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb.
Adalet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
Qeyd olunub ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!
Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilib.
Digər Xəbərlər
09 Oktyabr 2026 13:51
Bu il 9 velosipedçi yol qəzasında ölüb
08 Oktyabr 2026 22:40
Cəbrayılda minaya düşən şəxs şəhid atasıdır
08 Oktyabr 2026 20:31
Həmin çobanın atası da eyni yerdə MİNAYA DÜŞDÜ
08 Oktyabr 2026 17:38
Maşınla ana və uşağının üstündən keçdi - Polis köməyə çatdı - VİDEO
08 Oktyabr 2026 16:36
Cəbrayılda mina partladı - Xəsarət alan var
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44


Bakı -°C

