"Qara bazarın formalaşmasına qarşı ciddi mübarizə aparılmalıdır" - Komitə sədri
"Bütövlükdə siqaret bazarına münasibətdə dövlət fiskal maraqlar güdmür. Bu seqment tamamilə qadağan edildikdən sonra həm idxal rüsumlarından, həm aksizlərdən, eyni zamanda əlavə dəyər vergisindən dövlət bir növ imtina etmiş olur. Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər, prinsiplər olduqca önəmlidir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.
Deputat iqtisadi aspektlərə diqqət çəkib: "Elektron siqaretlər idxala əsaslanır və bunun yerli istehsalı yoxdur. Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır. İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir məbləğdə idxalı var. O baxımdan bunun həm də indiki şəraitdə iqtisadiyyatımız üçün bunun müsbət tərəflərini qeyd edə bilərik".
"Təbii ki, qadağalar varsa da, qara bazar, qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın təmin edilməsi halları da müşahidə oluna bilər. Sonrakı mərhələdə biz hesab edirik ki, məhz bu qara bazarın formalaşmasına qarşı ciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlər rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı alınmaqdadır. Bütövlükdə biz hesab edirik ki, bu təşəbbüs təqdirəlayiqdir. Bizim komitənin profili üzrə Vergi Məcəlləsində aksizlərdən azadolunmalar, güzəştlərlə bağlı maddədə, o cümlədən aksizli malların siyahısı, vergi dərəcələri ilə bağlı olan maddələrdə dəyişiklik olur. Dəyişiklik bundan ibarətdir ki, həmin siyahılardan, maddələrdən elektron siqaretlər çıxarılır. Bir halda ki, bunlar qadağan olunursa, bu da aksiz vergisinin obyektiv predmeti ola bilməz".
Digər Xəbərlər
03 Mart 2026 18:21
Kəmaləddin Heydərov BMMT-nin sessiyasında iştirak etdi
03 Mart 2026 15:06
İlham Əliyevdən alternativ enerji mənbələri ilə bağlı açıqlama
03 Mart 2026 15:05
"Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq"
03 Mart 2026 15:04
"Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır" - Dövlət başçısı
03 Mart 2026 15:03
"Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik" - Prezident
03 Mart 2026 13:24
“Biz bu ədalətsizliyə məruz qalanda heç kim onu aradan qaldırmadı...”
03 Mart 2026 12:46
Vüqar Mustafayev Ankarada Yaşar Gülərlə müzakirələr apardı
03 Mart 2026 12:41


Bakı -°C

