"Qarabağ" bu gün "Səbail"i qəbul edəcək
![](https://adalet.az/uploads/img/posts/2025/02/11/13jpg-1739255424.jpg)
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.
Adalet.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Səbail”i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq.
Hazırda Ağdam təmsilçisi 50 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 16 xalla sonuncu - 10-cu pillədə yer alıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Sumqayıt"ı 1:0, "Sabah" "Turan Tovuz"u, "Neftçi" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "Kəpəz" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.