"Qarabağ" güclü komandadır" - Rumıniya klubunun baş məşqçisi
"Qarabağ" güclü komandadır.
Adalet.az xəbər verir ki, bunu FCSB-nin (Rumıniya) baş məşqçisi Elias Xaralambous Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis Ağdam təmsilçisinin təcrübəli komanda olduğunu vurğulayıb:
"Rəqibimiz və onun baş məşqçisi təcrübəlidir. Bizim üçün çətin olacaq. Amma komandamız yaxşı durumdadır. Çalışacağıq bunu sabah meydanda göstərək".
O, "köhlən atlar"ın fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışıb:
"Qarabağ" üçün əhəmiyyətli şəxs həyatını itirib. Onu sevənlərə və klubun bütün üzvlərinə başsağlığı verirəm".
Baş məşqçi heyətdə çatışmazlıqlar olduğunu bildirib:
"Zədəli futbolçularımız var. Bu səbəbdən alternativlər fikirləşirik. Yenə də bunun bizə ciddi təsir etməyəcəyini düşünürəm".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Digər Xəbərlər
17 Mart 2026 12:36
Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı
17 Mart 2026 09:10
Çempionlar Liqası: "Siti" "Real"la, "Çelsi" PSJ ilə oyunda möcüzə axtarışında
16 Mart 2026 13:02
"Turan Tovuz" – "Zirə" və "Qarabağ" – "Sabah" oyunları eyni gündə olacaq
15 Mart 2026 09:01


Bakı -°C

