"Qarabağ kartı"ndan faydalanan Trampın seçilməsi uğurdur - TƏHLİL
Düzdür, ABŞ-da kimin prezident olmasına baxmayaraq, bu dövlətin xarici siyasətini, mararaqlarını dəyişdirm. Amma bəzi ölkələrə müsbət və mənfi təsirləri olur. Hazırda dünya ölkələri Harrisin və ya Trampın seçilməsində öz məntiqlərinə uyğun fikirlər irəli sürürlər. Eləcə də, Azərbaycanda bu seçki prosesi diqqətlə izlənir və müzakirə edilir. Harris yoxsa, Tramp?
O da düzdür ki, atası yamaykalı, anası hindistanlı olan ABŞ vətəndaşı Kamala Harrissin Kaliforniya ştatında anadan olması onun nə yamaykalı qanı daşımasını, nə hindistanlı südü əmməsini, nə də amerikalı olmasını önəmsətmir. Çünki regionun ən millətçi erməniləri məhz bu ştatda cəmləşib. Məsələn, Qlendeyl şəhəri şəhər olandan oranın meri ancaq erməni olub. Dünyanın ən çox sərvəti və varidatı olan məşhur ermənilər də məhz Koliforniyanın payına düşür.
Odur ki, ermənilərin təsiri altında böyümüş Harrisdən Azərbaycanla bağlı xoş bir nüansı xatırlamaq mümkün deyil.
Ötən ay ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ABŞ ermənilərinə müraciəti oldu: “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin sağ-salamat öz evlərinə qayıtmaq hüququ erməni xalqının ləyaqətinin və regionda sabitliyin bərpası üçün həyati əhəmiyyət kəsb edir”.
Əlbəttə ki, bu müraciət erməni terrorizmi və silahlı qüvvələrinin sayəsində 30 il yurd yuvasında köçkün düşən Azərbaycanlıların qəzəbinə səbəb oldu. Çünki bu 30 ildə nə ABŞ admisitrasiyasından bir nəfər, nə də Harris ermənilərə bir dəfə olsun "gözün üstə qaşın" var demədi.
Bu səbəbdən azərbaycanlılar Harrisin seçilməsini istəmir.
Düzdür, Azərbaycanlılar heç Trampın da bəzi açıqlama və çıxışlarını bəyənmirlər. Amma onun hakimiyyəti dövründə 24 fevralı erməni soyqırımı kimi tanımaması Trampı Harrisdən daha şanslı çıxartdı.
Baxmayaraq ki, Harrisə uduzmamaq üçün gah yəhudilərin, gah ermənilərin könlünü ələ almağa çalışan fikirlər səsləndirir. Məsələn ötən günlərdə Trampbelə bir status paylaşmışdı: “120.000 erməni xristianı dəhşətli şəkildə təqib edəndə və Artsaxdan məcburi köçkün düşəndə Kamala Harris heç nə etməyib. Kamala Harris Amerika Birləşmiş Ştatlarının prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar. Mən prezident olanda təqib olunan xristianları qoruyacağam, zorakılığın və etnik təmizləmənin dayandırılması üçün çalışacağam və biz Ermənistanla Azərbaycan arasında sülh bərqərar edəcəyik”.
Statusa baxan kimibunu "erməni təəssübkeşliyi" deyil "rəqibə qarşı həmlə" kimi də qiymətləndirmək olar.
Elə ABŞ-da yaşayan ermənilərin ən böyük diaspor təşkilatı olan ANCA( Amerika Erməniləri Milli Konqresi) ermənilərin namizədlərin heç birini dəstəkləməyə çağırdıqdan sonra Tramp Harrisdən daha cəld tərpənərək hərəkətə keçib. Bir neçə gün əvvəl isə o Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edib deyib ki , əgər seçilsəm Qarabağ ermənilərinə dəstək və regionda sülhün bərpasına səy göstərəcəyəm. Sonra da ermənilərin "ağzı" olan ANCA-ya salam göndərib.
Yadınızdadırsa, Donald tramp və Hillari Klinton 2017-ci ildə seçki mübarizəsi edərkən kampaniya zamanı ABŞ-da yaşayan erməni diaspor təşkilatları və erməni lobbisi bütün ağırlığı ilə Hillari Klintonu dəstəkləyirdi. Ermənilər seçkilərdə məhz Klintonun qalib gələcəyinə çox ümid edirdilər, hətta buna tam inanırdılar. Lakin seçkilərdə Donald Trampın qalib gəlməsi onları məyus etdi. Çünki seçki zamanı ermənilər Klintonun qələbəsinə o qədər əmin idilər ki, hətta Trampla hər hansı əlaqə yaratmaq barədə düşünmürdülər və onunla əməkdaşlığa dair hər hansı iş görməmişdilər. Ona görə də seçkilərdən sonra pərişan olub pat vəziyyətinə düşdülər. Bəli, elə bu səbəb erməniləri Trampın ğözündən saldı. Odur ki, 2017-ci ildə ABŞ administrasiyası Ermənistana ayrılan maliyyə yardımının 20,4 milyon dollardan 6,8 milyon dollardək (67%) azaldılması barədə qərar qəbul etdi.
Erməni politoloq Robert Qevondyan düşünür ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçilməsi Ermənistanın maraqlarına uyğun deyil:Trampın konkret siyasəti iqtisadi amillərlə bağlıdır, yəni hər hansı bir regionda iqtisadi imkanlar, çoxlu pul qazanmaq şansları olmasa, bunlar ABŞ-ı maraqlandırmayacaq. Bunu 2020-ci ildə baş verən 44 günlük müharibədə də gördük, ABŞ Cənubi Qafqazı unutmuşdu.
Tramp seçilərsə, bu, Ermənistan üçün ciddi problem olacaq. Əlbəttə, heç kim Kamala Harsisin seçiləcəyi təqdirdə Ermənistanın uğur qazanacağını söyləmir, amma o, bizim üçün faydalı ola bilər, bu halda Amerika regionu tərk etməyəcək. Tramp seçilsə, ABŞ-ı dərhal çıxaracaq”.
Əntiqə Rəşid