02 Avqust 2024 22:30
68
İDMAN

"Qarabağ" mövsümə qələbə ilə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024-2025-ci illər mövsümünə start verilib.

Adalet.az xəbər verir ki, birinci turun açılış matçında "Araz-Naxçıvan" və "Qarabağ" komandaları üz-üzə gəlib.

“Liv Bona Dea Arena”da baş tutan qarşılaşma Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları Redon Cica, Riçard Almeyda, Hamidu Keyta, Abbas Hüseynov, meydan sahiblərinin yeganə qolunu isə Nuno Rodriqes vurublar.

Turun digər oyunları avqustun 3-4-də keçiriləcək.