İbrahim Çelikkola görə 2 illik əziyyət hədər oldu
İki ildir hazırlıqları davam edən "Binbir gece masalları" ilə bağlı qərar verilib.
Adalet.az xəbər verir ki, TRT1 ekran işinin yayımlanmamasını qərara alıb. Telekanal baş rol ifaçısı İbrahim Çelikkolun narkotik testinin müsbət olmasının ardından ekran işini proqram siyahısından çıxarıb.
Qeyd edək ki, serialın digər baş rolu Cansu Dərəyə həvalə edilib. 30 bölümdən ibarət olacağı planlaşdırılan layihənin oktyabrın 26-da təqdim edilməsi gözlənilirdi.
TRT1 daha əvvəl narkotik test nəticələri müsbət çıxan aktyor İsmayıl Hacıoğlunu "Cennetin çocukları" serialından uzaqlaşdırıb. Həmçinin, aktyorun 8 bölümdən ibarət çəkiləcəyi "Rüzgarlı bazar" serialı da təxirə salınıb.


Bakı -°C

