adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 18:51
71
SİYASƏT
A- A+

Sahibə Qafarova Latviya prezidenti ilə görüşdü

Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

Adalet.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.