"Qarabağ" "Napoli" səfərindən məğlub qayıdır
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.
Adalet.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.
Digər Xəbərlər
26 Noyabr 2025 09:36
""Qarabağ" çətin komandadır" - Antonio Konte
26 Noyabr 2025 09:29
Çempionlar Liqası: "Arsenal" "Bavariya"ya, "Atletiko" "İnter"ə qarşı
26 Noyabr 2025 09:00
"8-10 dəqiqə ərzində oyunu itirdik" - Qurban Qurbanov
25 Noyabr 2025 20:08
"Qarabağ" "Napoli"yə uduzdu - YENİLƏNİB
25 Noyabr 2025 17:36
Kurtua Çempionlar Liqasının oyununu buraxacaq
25 Noyabr 2025 17:12
""Qarabağ"ın əks-hücumları zamanı ehtiyatlı olmaq lazımdır" - "Napoli"nin sabiq hücumçusu
25 Noyabr 2025 15:21
AFFA "Sabah" klubuna xəbərdarlıq etdi
25 Noyabr 2025 10:57


Bakı -°C

