"Qarabağ"ın qələbəsi Nikos Dendiasın hədəsinə cavab idi: "Ordumuz da güclüdür!"
Bəli, hələ ötən gün yazmışdım ki, Yunanıstan dərindən dərk edir ki, Azərbaycan və Türkiyə iki dövlət bir millət olaraq çox dərin köklərlə bir-birinə bağlıdır. Odur ki, əbədi nifrət bəslədiyi Türkiyəni gözdən salmağa, onu siyasi arenada “vurmağa ” çalışarkən Azərbaycanı da unutmur.
44 günlük müharibə dövründə Azərbaycana qarşı mövqe sərgiləyən Yunanıstan Ermənistanın yanında dayandı. Hazırda Azərbaycanla əlaqələri çox zəif olan Yunanıstan Ermənistana müharibəni qazanmaq üçün hər cür dəstək verəcəyini bəyan etmiş və dediyini əməldə də edirdi.
Hətta Kipr (Yunan Kipri) də Yunanıstanla həmrəylik nümayiş etdirərək Ermənistanın yanında olduğunu və dolayısıyla Azərbaycana cəbhə açdığını bəyan edib. Hətta Kipr, Ermənistan əsgərlərinə və Qarabağa gətirilmiş YPG-PKK terrorçularına hərbi təlim keçmək üçün general səviyyəsində hərbçilər də göndərib.
Bununla ürəyi soyumayan Yunanıstan başqa yollar aramağa başladı Ermənistanı illərdir açıq şəkildə dəstəkləyən Yunanıstan hökumətinin xarici işlər naziri Nikos Dendias ötən ayın sonunda İrəvana səfəri zamanı son sərhəd toqquşmalarından danışıb.Deyib ki, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib:”Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq".
Sonra da əlavə etmişdi ki, Ermənistanda səfərdə olarkən, Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım!
Əslində Yunanınıstanın mərkəzində, "Georgios Karaiskakis" stadionunda "Olimpiakos" - "Qarabağ" matçında köhlən atların yunanların qapısına vurduğu cavabsız 3 qol, ermənipərəst yunanların və Yunanıstan hökumətinin xarici işlər naziri Nikos Dendiasın təpəsinə dəydi, yəqin ki, bu zərbədən sonra özlərinə gələrlər.
Bəli, Ermənistan kimi rəzil ölkəni ordumuz, Yunanıstan kimi ermənisifət ölkəni isə Qurbanın usaqları - Qarabağ FK yerində oturdu!
Ermənistanı illərdir açıq şəkildə dəstəkləyən Yunanıstan hökuməti ötən gecə öz ölkəsində hələ bizim futbolçuların gücünü gördü, inşallah, bir gün ordumuzun da gücünü dərk edər və bizi hədələməz!
Yaşa Azərbaycan Ordusu və "Qarabağ "FK! Sizinlə fəxr edirik!
Əntiqə Rəşid
Digər Xəbərlər
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05
Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
23 Mart 2026 16:00
“PUA-lar uçacaq, narahat olmayın” - MN
23 Mart 2026 09:43
Sakit okeanda 5,5 bal gücündə zəlzələ oldu
23 Mart 2026 09:26
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
22 Mart 2026 16:47
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib
22 Mart 2026 13:50


Bakı -°C


