adalet.az header logo
  • Bakı -°C
05 Fevral 2026 16:47
79
İDMAN
A- A+

"Qarabağ" "Şamaxı"ya uduzdu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti matçı keçirilib.

Adalet.az xəbər verir ki, sonuncu oyun günündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Şamaxı"nın heyətində qolları 26 və 41-ci dəqiqələrdə Karim Rossi vurub. Ağdam klubunda isə 76-cı dəqiqədə Abdullah Zubir diqqət mərkəzinə düşüb.

Digər matçda “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.

Ötən gün baş tutan “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.