02 Iyun 2025 11:05
226
ELM VƏ TƏHSİL

"Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır" - Emin Əmrullayev

"Qarabağ Universiteti yalnız dövlətin və ya ayrı-ayrı qurumların təşəbbüsü ilə fəaliyyət göstərməməlidir".

Adalet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.

Nazirin sözlərinə görə, əsas məqsəd təhsil sahəsində yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə inkişaf mümkünlüyünü təmin etməkdir:

“Universitetin əmək bazarına və iş dünyasına nə dərəcədə inteqrasiya olunduğu da diqqət mərkəzində saxlanılmalı məsələlərdəndir. Bu istiqamətdə öyrənməli və etməli olduğumuz çox şey var”.

E.Əmrullayev əlavə edib ki, Qarabağ Universiteti Azərbaycanın növbəti mərhələdəki dəyişikliyinə qədəm qoymasına təkan verəcək:

“Çünki Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və oynayacaq”.