Qarabağ Universitetinin ilk tələbəsinin sevinci - VİDEO
Qarabağ Universitetinin ilk tələbəsi məlum olub. Bu şəxs Atilla Muradlıdır.
Adalet.az xəbər verir ki, "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülən Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkanar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə təhsil almaq hüququ qazanıb.
Atilla 519.2 balla Qarabağ Universitetinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil almaq istədiyini açıqlayıb.
Mingəçevir şəhər 20 saylı məktəbin məzunu olan Atilla Muradlı bu sevincə görə şəhid və qazilərə borclu olduğunu deyir. O, Qarabağ Universitetini seçdiyi üçün qürurlu olduğunu söyləyir.
Qeyd edək ki, A.Muradlı Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika Astronomiya olimpiadası, Fizika fənni üzrə Respublika fənn olimpiadaları qalibi və mükafatçısıdır.
Xatırladaq ki, 2019-cu ildən beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar.
Elm və təhsil nazirinin müvafiq əmri ilə "Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı"na layiq görülüb.
Atillanın atası Ehtiram Muradlı deyir ki, valideyn olaraq övladlarının seçiminə müdaxilə etmir. Oğlunun seçimidə onları çox qürurlandırıb.
Atilla magistr təhsilini aerokosmik mühəndislik üzrə alıb, Qarabağda müəyyən layihələrə imza atmağı fikirləşir. O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasında ölkəmizi təmsil etməyə hazırlaşır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Digər Xəbərlər
30 Dekabr 2025 21:30
Deputat müəllim kimi işləməyə BAŞLADI
30 Dekabr 2025 21:03
Elmi dərəcə və elmi ad almış 66 iddiaçıya diplom və attestatlar verildi
30 Dekabr 2025 13:21
Bu il 3416 müəllim MİQ-də qazanaraq işlə təmin olunub
30 Dekabr 2025 13:07
Azad olunmuş ərazilərdə 21 ümumi təhsil müəssisəsi tikilib
27 Dekabr 2025 13:05
LDU-da “Yeni il karnavalı” - FOTOLAR
25 Dekabr 2025 17:37
Müəllimlərin NƏZƏRİNƏ: sertifikasiya imtahanının mövzu və sualları məlum oldu
25 Dekabr 2025 12:17
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlandı
24 Dekabr 2025 10:21


Bakı -°C

