adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2022 19:30
449
İDMAN
A- A+

“Qarabağ” və “Neftçi” azarkeşlərə görə cərimələniblər

AFFA İntizam Komitəsi “Neftçi” və “Qarabağ”ı cərimələyib.

“Report”un məlumatına görə, hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.

“Ağ-qaralar” fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcəklər.

“Köhlən atlar” isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələniblər.

Qeyd edək ki, qarşılaşma “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə bitib.