Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir - VİDEO
Bir qədər əvvəl sosial şəbəkələrdə və xəbər portallarında Şuşanın Cıdır düzündə və Füzuli Beynəlxalq Hava Limanında aparılan çəkilişlərdən maraqlı fotolar yayılmışdı.
Məlum olub ki, həmin çəkilişlər “Bakcell” şirkətinin yeni reklam çarxına aiddir. Şirkətdən bildirilib ki, reklam çarxı “Bakcell” şəbəkəsinin üstünlüyünə həsr edilib.
Azərbaycanın ən sürətli mobil şəbəkəsi artıq işğaldan azad olunmuş torpaqlarımızda da xidmət göstərir. “Bakcell” Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.
Qeyd edək ki, 2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9 %-ni, ölkə ərazisinin isə 92.4 %-ni əhatə edir.
Qarabağda çəkilən yeni “Bakcell” çarxına aşağıdakı keçiddən baxmaq olar:
Digər Xəbərlər
25 May 2026 16:14
“Bakcell” və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
25 May 2026 15:37
Yeni kiberdələduzluq: Mobil telefonunuzdan istifadə edirlər və... - XƏBƏRDARLIQ
20 May 2026 11:38
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
19 May 2026 17:14


Bakı -°C

