Qarabağda sülhməramlıların ölümü ilə bağlı məhkəmə prosesi başlayacaq
Qarabağda rusiyalı sülhməramlıların ölümü ilə bağlı Rusiya və Azərbaycanda cinayət işi açılıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, yaxın vaxtlarda məhkəmə prosesi başlayacaq.
Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Azərbaycan və Rusiyanın baş prokurorluqları və istintaq orqanları bu məsələ ilə bağlı sıx əlaqədədirlər, istintaq cinayət işləri çərçivəsində aparılır, ətraflı məlumat daha sonra dərc olunacaq.
Xatırladaq ki, 2023-cü il sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlılarının avtomobili müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub. Beş rus hərbçisi həlak olub, onların arasında komandirin müavini, birinci dərəcəli kapitan İvan Kovqan da olub.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:38
Ukrayna və Rusiya razılaşdı, hücum olmayacaq - Tramp
14 Sentyabr 2026 18:50
Zelenski Baş prokuroru vəzifəsindən azad etdi
14 Sentyabr 2026 18:43
Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan
14 Sentyabr 2026 18:30
Rusiya Ukraynanın itkilərini yenilədi
14 Sentyabr 2026 18:12
Müharibənin bir günü Ukraynaya neçəyə başa gəlir?
14 Sentyabr 2026 17:29
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - VİDEO
14 Sentyabr 2026 13:12
Gürcüstanda DTX rəisi istefa verdi
14 Sentyabr 2026 12:54


Bakı -°C

