“Qarabağ”dan bu yayın ikinci transferi
“Qarabağ” bu yay ikinci transferini həyata keçirmək üzrədir.
Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu Monteneqro millisinin 27 yaşlı hücumameylli yarımmüdafiəçisi Marko Yankoviçlə müqavilə imzalayacaq. Artıq futbolçunun adı bu gün Avstriyaya təlim-məşq toplanışına gedən komandanın siyahısına da daxil edilib. Bugünlərdə isə o, “Qarabağ”ın təlim-məşq toplanışına qoşulacaq və rəsmi müqavilə imzalanacaq. Həm futbolçu, həm də onun son klubu olan İsrail “Hapoel”i (Tel-Əviv) ilə tam razılıq əldə olunub. Bu transfer üçün “Qarabağ”ın qarşı tərəfə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.
Xatırladaq ki, M.Yankoviç bu yay "Qarabağ"ın ikinci transferi olacaq. Bugünlərdə Ağdam klubu komandada icarə əsasında çıxış edən qapıçı Luka Quqeşaşvilini "Yagelonniya"dan (Polşa) birdəfəlik transfer edib.
Digər Xəbərlər
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

