28 Iyun 2024 13:02
432
GÜNDƏM

Qarabağdan və  Ermənistandan köç edənlərin SAYI

Əvvəlki, məlumatlarımızda bildirmişdik ki, 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağdan olan 13 min 619 şəxs Ermənistanı tərk edib, onlardan yalnız 5 min 794-ü geri qayıdıb.

Adalet.az
xəbər verir ki, Qarabağdan olan ermənilərin Ermənistanı tərk etməsiylə bağlı yeni statistik məlumat yayılıb. Məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlayıb.

Məlumatda deyilir ki, İyunun 1-nə qədər Qarabağı könüllü tərk etmiş 17743 nəfər hava və quru yolu ilə Ermənistanı tərk edib, 7435 nəfər geri qayıdıb. Başqa sözlə, 1 iyun tarixinə 10 308 Qarabağda separatçı qurumun qeydiyyatında olan şəxslər Ermənistanı tərk edib və geri qayıtmayıb.
Mayın 1-i ilə müqayisədə Ermənistanı tərk edən Qarabağdaqeydiyyatda olanların sayı 383 nəfər artıb. 

 Baxmayaraq ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Qarabağdan 150 min eməninin köçdüyünü deyirdi, amma Ermənistan hökumətinin məlumatına görə, 19 sentyabrdan sonra Qarabağdan təxminən 100 min nəfər Ermənistana keçib.


Qeyd edək ki, Ermənistanın hazırkı höküməti onlar üçün yeni mənzillər tikdirməsi ilə bağlı planlarını açıqlasa da, Ermənistandan köçənlər dayanmadan artır

Əntiqə Rəşid