Qarabağı tərk edənlər: 8315 nəfər Ermənistan vətəndaşlığı alıb, 30 min isə...
Qarabağı könüllü tərk edən ermənilər sürətlə Ermənistan vətəndaşlığı alırlar.
Adalet.az xəbər verir ki, bunu mətbuat konfransında Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryan deyib. O bildirib ki, mayın 20-nə olan məlumata görə, respublikada Dağlıq Qarabağdan olan 9451 nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib. Həmin günə olan məlumata görə, artıq vətəndaşlığı qəbul edənlərin sayı 8315 nəfərdir. Yalnız böyüklər Ermənistan vətəndaşlığını almalıdırlar. Valideynlərdən biri Ermənistan vətəndaşlığını alıbsa, yetkinlik yaşına çatmayan şəxs avtomatik olaraq Ermənistan vətəndaşı olur. Artıq 2000-dən çox azyaşlı bu yolla Ermənistan vətəndaşlığını alıb:" "Biz əlçatanlıq baxımından bəzi aktivləşməni müşahidə edirik." “İlin əvvəlində gündəlik müraciətlərin sayı 20 civarında dəyişə bilərdisə, son vaxtlar bizə hər gün 40-50 belə müraciət daxil olur”, - deyə Armen Qazaryan bildirib.
Qeyd edək ki, hələ 2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçənlərə ölkə vətəndaşlığının verilməsi prosesinin sürətləndirilməsi barədə danışmışdı.
Paşinyan bunun mümkün qədər tez təşkil edilməsinin vacibliyini də diqqətə çatdırmışdı:"Qarabağdan bir çox soydaşlarımız Ermənistan Respublikasının vətəndaşlığını almaq üçün müraciət edirlər. Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir".
Xatırladaq ki, 44 günlük müharibəyə qədər Qarabağda 60 minə qədər erməni yaşayırdı. Qarabağdakı keçmiş separatçıların qondarma parlamentinin keçmiş üzvü olan David Qalstyan bu ilki açıqlamasında demişdi ki, qeyri-rəsmi məlumatlara görə, 30 min Qarabağ ermənisi Ermənistanı tərk edib.
Onun sözlərinə görə, Qarabağdan könüllü köçən ermənilər Ermənistandan əsasən Rusiyaya gediblər.
Əntiqə Rəşid
Digər Xəbərlər
11 Yanvar 2026 21:12
"Tezliklə İranda olacağam" - Pəhləvi
11 Yanvar 2026 20:11
“Artıq sizə neft də, pul da yoxdur” - Tramp
11 Yanvar 2026 20:10
Ukrayna Xəzərdə "Lukoyl"a məxsus platformaları VURDU
11 Yanvar 2026 20:05
Oğlu Maduronun həbsxanadan mesajını çatdırdı
11 Yanvar 2026 16:25
İrana xaricdən terrorçular gətiriblər - Pezeşkian
11 Yanvar 2026 15:45
Ukraynada hərbi xidmətə çağırışla bağlı qaydalar sərtləşdirlir
11 Yanvar 2026 15:31
İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildilər
11 Yanvar 2026 15:25


Bakı -°C

