19 Iyun 2025 14:10
330
SİYASƏT

Qarabağı tərk edənlərdən peşmançılıq: Ay əclaf, nəyin çatmırdı? 

Gedib gəzdiyim Qarabağa aid kəndlər, şəhərlər məni valeh edir. Düzdür ermənilərin böyük əksəriyyəti Qarabağ işğal olunduqdan sonra evlərini -həyətlərini təmir etməsələr də,  amma görünən odur ki, hər birinin yaşadığı ev ikimərtəbəli, eyvanlı olub. Zirzəmiləri isə bütün dövrlərdə ərzaqla dolu olub.

Qurban olduğum Qarabağ elə böyük təbii sərvətlərə malik bir bölgədir ki, orada heç kim ac qalmazdı. Torpağın altı sərvət olduğu kimi üstü də zəngin bitki, heyvan aləmi malik idi. Nə yox idi ki, bu ərazilərdə, bal bulaqlar, şırıl-şırıl axan çaylar, zümrüd meşələr, otlaq sahələri, dağlar, dərələr. Demyə torpaqlar. Oktyabr ayından ta martın sonuna qədər ermənilər yayda zirzəmiyə doldurduqları ərzaqla kef edirdilər. Düzdür , DQMV-də sənaye də geniş inkişaf etmişdi. Ümumilikdə , 1980-ci illərdə regionda müxtəlif qurumların tabeliyində olan 52 sənaye müəssisəsi var idi ki, onlardan da 15-i 1970-80-ci illərdə inşa edilmişdi. "Qarabağ Şərab və Sovxozlar Tresti" (QŞST), Elektrotexnika zavodu, Süd kombinatı , Qarabağ İpək Kombinatı, Mebel fabriki, Meşə təsərrüfatı,16 saylı çörək zavodu, Tikiş fabriki, 9 saylı sənaye kombinatı , Məişət xidməti müəssisələri, Mətbəə, Sənaye nazirliyi, AKC TİM, Tikinti materialları kombinatı və sair. (Hələ kolxoz və sovxozları bura daxil etmirəm).
Uzun sözün qısası, ermənilər Qarabağda lüks həyat yaşayırdılar və bu lüks həyat onları qudurtdu. 1988-ci ildən başlayaraq öz xöşbəxtliklərinə təpik atmağa başladılar. 36 illik işğalçılıq, talan, soyqırım, qətliam, deportasiya yaşatdıqları xalq bir gün ayağa qalxdı və onları gəldikləri yerə qədər qovdu.

Hazırda erməni mediası onların Ermənistandakı həyatı ilə bağlı yazı hazırlayıb: "Bu gün Qarabağ erməniləri Ermənistan hökuməti qarşısında etiraz aksiyası təşkil ediblər.

Hökumətdən yetərincə dəstək almayan və günü-gündən çarəsiz vəziyyətdə qalan insanlar faktla barışmırlar. Aksiyaçıların sözlərinə görə, onların artıq bu hökumətdən heç bir gözləntiləri yoxdur və bir çoxları artıq mühacirət etmək barədə düşünürlər, baxmayaraq ki, heç bir yer təhlükəsiz və rahat deyil.

Qarabağdan könüllü gedən ermənilər özünü aldadılmış hiss edir və hesab edir ki, məsələ ancaq ictimai təzyiq və etirazlarla həll oluna bilər. Eyni zamanda, onlar bütün Qarabağı tərk edənləri birliyə, parçalanmamağa və etiraz aksiyalarında fəal iştirak etməyə çağırırlar, təbii ki, qayıdış ümidini itirmədən".
1980-1985-ci illərdə region ildə 130 min tondan çox üzüm istehsal edirdi .1985-1987-ci illərdə region ildə 4,5 milyon cüt ayaqqabı istehsal edirdi. Bu isə ölkədəki bütün istehsalın demək olar ki 20%-ni təşkil edirdi. Yaşam tərzi Azərbaycanın digər regionlarından dəfələrlə yüksək səviyyədə idi.
Xatırladaq ki, fevral ayında Qarabağdakı keçmiş separatçıların keçmiş üzvü olan David Qalstyan erməni mediasına açıqlamasında deyib ki, 30 min Qarabağ ermənisi Ermənistanı tərk edib:"Qarabağdan könüllü köçən ermənilər Ermənistandan əsasən Rusiyaya gediblər".

P.S. Bu ilahi ədalətdir, bu nankorluğun, xəyanətin, mərdimazarlığın, pisniyyətliyin  son nəticəsidir. Bu insan oğlunun özü-özünə etdiyi pislikdir.   Son olaraq, yadıma bir lətifə düşdü. Deyir bir gün alkaşın birinə deyirlər ki, bəs dostun alkaş özünü ağacdan asaraq intihar edib.  Alkaş təcili son anda alkaş dostunu dörməyə gəlir. Gəlib görür kü,  dostu hələ də ağacdan  asılıd. Ağlaya-ağlaya bunun ciblərini gəzir. Baxır.. şalvarın cibindən bir" çibuş"    çıxardır, sonra pencəyin cibindən 2 ədəd xiyar  turşusu  çıxarır, sonra pencəyin digər cibindən  bir  ədəd kolbasa və yarım dənə çörək  götürür , düzür yerə.. Xeyli onlara baxdıqdan sonra hökürtü vuraraq, ağlaya -ağlaya  üz tutur dostuna:" Ay əclaf, nəyin əskik idi?" 

Əntiqə Rəşid