adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyun 2021 12:43
48623
ELM VƏ TƏHSİL

Qarabağımızın gələcəyi bu gənclərimizin əlindədir

Qarabağ elm və mədəniyyət ocağıdır deyilir həmişə...

Hətta Qarabağın tanımadığı, görmədiyi, torpağına ayağı dəymədiyi, havasını udmadığı uşaqları da bu fikri təsdiqləyir ...

Mənim Həcərim kimi...Həcər Sadıqova Nərimanov rayonu 47 saylı məktəbin şagirdidir...9 -cu siniflərin 2020-2021- ci tədris ilinin buraxılış imtahanında ən yüksək nəticəni göstərib.

Qarabağlı gözəlim deyirəm ona...Bəli.. Qarabağımızın görmədiyi,amma başını uca etdiyi nəvələrindəndir Həcərim..Doğrusu, heç təəccüblənmədim ...Çünki belə də gözləyirdim...

Həcəri mənə sevdirən tək onun yüksək biliyə malik olması deyil..Yüksək tərbiyəsidir..Müəllim kimi qızlarda çox önəm verdiyim də məhz budur...Milli dəyərlərimizin qorunması..

Vurğunu olmuşam tanıdığım gündən Həcər qızımın əsl Azərbaycan qızlarına xas olan bütün keyfiyyətləri özündə cəmləşdirən şagirdimizdir Həcər..Məktəbimizin fəxridir...Məhz belə şagirdlərimizə görədir ki məktəbimiz reytinqli məktəblər sırasında ön cərgədədir..

Qarabağlı gözəlim...Üzünə açılan uğur qapısı heç vaxt bağlanmasın...

Cənab prezidentimiz Ağdam səfərində Ağdamlı yüksək bal toplayan şagirdlərlə görüşməyi hamımızı sevindirdi...İnşəAllah Şuşada Şuşalı qızımız Həcərin də onun görüşməsini çox istəyərdim...

Aybəniz Rüstəmova