adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Mart 2024 19:34
1159
İDMAN

"Qarabağ"ın baş məşqçisi cəzalandırıldı

"Qarabağ" və "Neftçi" klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıb.

Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin qərar qəbul edib.

Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib. Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində "ağ-qaralar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.