22 Iyul 2024 10:31
870
GÜNDƏM

Qarabağlıların bilməsi vacib məlumat: "Çörək pulu"...

Əziz qarabağlılar ! Xatırladıram ki, Füzuli rayonunun Horadiz şəhərində və 21 kəndində, eləcə də Ağdam rayonunun 7 kəndində( təmas xəttinə düşən kəndlər) daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb.

Yəni, təmas xəttində yerləşən kəndlərin əhalisinə " çörək pulu " kəsildi .

Cunki, təmas xətti tamamilə ləğv olunub , əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilib.! Təbii ki, evlərinə dönüb orda rahat yaşaya bilərlər!

Amma İstisna hallar da var !Evi tamamilə dağılmış, və başqa yerdə məskunlaşmış şəxslərə müəyyən müddətdə müavinət veriləcək. Bu da həmin evdə qeydiyyatda olan ailə başçısına aid olacaq! İzah edək: Məsələn, 1994- cu ildən üzü bəri evi Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evdə ata , həyat yoldaşı ,tutaq ki 2 oğul övladı olan ailədəkilərin hamısına hazırda müavinət düşmür. Ev kimin adinadirsa ona müavinət düşür.Yəni ataya! Onun hazırda böyümüş 30-40 yaşını çatmış övladlara şamil edilmir. Bu movzuda qərar verən şəxslər yerli ərazı icra nümayəndəsi deyil, icra başçısı heç deyil!

Yeri gəlmişkən, hələki tikilməkdə olan ərazilərin camaatı( xalis köçkünlər) hələ bir müddət çörək pulu ilə təmin olunacaqlar, evlərinə dönəndən sonra da 3 il müddətinə çörək pulu alacaqlar !

 Əntiqə Rəşid