Qardaş ölkə sərhəddə fövqəladə vəziyyət elan etdi
Pakistan hökuməti Əfqanıstanla sərhəddə yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət və birbaşa federal idarəetmə rejimi tətbiq edib.
Adalet.az xəbər verir ki, qərar prezident Asif Əli Zərdarinin Nazirlər Kabinetinin tövsiyələrini təsdiqləməsindən sonra qəbul edilib.
Baş nazir Şahbaz Şərifin sədrliyi ilə keçirilən fövqəladə hökumət iclasında əyalətdəki təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Baş nazirin ofisinin açıqlamasında əyalət hökumətinin terrorizmlə mübarizədən “qəsdən kənarda qalması” məsələsinin nəzərə alındığı və prezidentə konstitusion səlahiyyətlərindən istifadə etməyin tövsiyə olunduğu bildirilib.
Bundan əlavə, federal hökumət mülki hakimiyyət orqanlarına dəstək məqsədilə hərbi qüvvələrin və texnikanın yerləşdirilməsinə icazə verib. Əyalətin inzibati mərkəzi olan Peşəvər ətrafında konteynerlər quraşdırılıb, polis qüvvələri gücləndirilib.
Digər Xəbərlər
18 Noyabr 2026 12:45
Trampa sui-qəsd planına görə 27 il həbs cəzası aldı
18 Noyabr 2026 12:18
Kallas rusların xətirinə dəyib
18 Noyabr 2026 10:48
Putin və Si Cinpinin görüşü başa çatdı - YENİLƏNİB
18 Noyabr 2026 10:17
"O, mənim dostumdur" - Putin
18 Noyabr 2026 09:15
Rumıniyada güclü zəlzələ oldu - Bu ölkələrdə də hiss edildi
18 Noyabr 2026 08:22
Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib
18 Noyabr 2026 07:31
Husilər Səudiyyə Ərəbistanının neft kəmərinə hücum etdilər
18 Noyabr 2026 07:21


Bakı -°C

