"Qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində tələbatı ödəyəcək" - İlham Əliyev
"Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 31-ci Bakı Enerji Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
"Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
24 Iyun 2026 18:18
Əli Əsədov Numan Kurtulmuşla görüşdü
24 Iyun 2026 18:11
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" - İlham Əliyev
24 Iyun 2026 18:08
İlham Əliyev Bakıda Qalibafı qəbul etdi - FOTOLAR
24 Iyun 2026 18:06


Bakı -°C

