Qazaxda DƏHŞƏTLİ QƏZA: Bir kəndin dörd sakini öldü - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
08:49
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər - rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 1997-ci il təvəllüdlü Rafət Nəsibov, 2000-ci il təvəllüdlü Zaur Əhmədov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

“Bakubus” avtobusu bulvara girdi - VİDEO + YENİLƏNİB

Azərbaycanlı reper müharibədə həlak oldu

Bakıda maşın skuter idarə edən şəxsi vurdu - VİDEO

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşdü

"Can şirindir, başladıq boğuşmağa" - Ayı hücumuna məruz qalan şəxs

Goranboyda kafedə kütləvi dava - xəsarət alanlar var

Sabahın havası bu insanlar üçün əlverişlidir
