Qazaxıstan təyyarəsi Bakıya məcburi eniş etdi

Qazaxıstan aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib.
Bu barədə Adalet.az-a hava limanının mətbuat xidmətindən bildirilib.
“Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarənin yerli vaxtla 00:25-də uğurla eniş etdiyi açıqlanıb.
“Sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb”, – hava limanı vurğulayıb.
Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salındığı, digər sərnişinlərin hotelə yerləşdirildiyi diqqətə çatdırılıb.
“Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir”, – mətbuat xidməti qeyd edib.
Digər Xəbərlər

Suda batan maşın belə çıxarıldı - VİDEO

Kürdəmirdə yük avtomobili YANDI - VİDEO

Şabran çayında batan 2 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

Yağışlı havada ölümlə nəticələnən qəza baş verməyib

Su basmış yerlərdən 33-ü uşaq olmaqla 135 nəfər vətəndaş təxliyə olunub - VİDEO

İş yoldaşını xilas etmək istəyərkən həlak olub - Ağsudakı dəhşətli hadisənin görüntüləri

Azərbaycanda ZƏLZƏLƏ OLDU
