Qazaxıstanın bir sıra aparıcı tibb mərkəzləri ilə tanışlıq baş tutub - FOTOLAR
Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının paytaxtında Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilir.
Tədbir çərçivəsində iştirakçılar Qazaxıstanın aparıcı tibb mərkəzləri olan Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzinin, Milli Elmi Onkologiya Mərkəzinin və Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin Xəstəxanasının fəaliyyəti ilə tanış olublar.
Görüşdə Təcili Tibbi Yardım üzrə Milli Əlaqələndirmə Mərkəzinin fövqəladə hallar zamanı operativ cavab tədbirlərinin əlaqələndirilməsi, sanaviasiya xidmətlərinin inkişafı, təcili tibbi yardımın monitorinqi, tibbi evakuasiya sahəsində müasir texnologiyaların tətbiqi barədə məlumat verilib. Eyni zamanda, Milli Elmi Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin qabaqcıl üsulları ilə tanınan Qazaxıstanın ən böyük ixtisaslaşmış tibb mərkəzidir. Bundan əlavə, Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Tibb Mərkəzinin Xəstəxanası dövlət qulluqçularına ixtisaslaşmış və yüksək texnologiyalı tibbi yardım göstərən tibb müəssisəsidir.
TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə “Mərkəzi Asiya – Vərəmdən azad” təşəbbüsünün irəli sürülməsi” mövzusunda subregional görüş keçirilib. Tədbirdə Mərkəzi Asiya ölkələrində vərəmin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində əldə olunan nailiyyətlər və mövcud problemlər barədə məlumat verilib.
Həmçinin tədbir çərçivəsində biznes tərəfdaşların iştirakı ilə “TDT ölkələrində səhiyyəyə investisiyaların cəlb edilməsi” mövzusunda işgüzar görüş keçirilib. Görüş zamanı səhiyyə sahəsində mövcud vəziyyət və bu sektora investisiyaların cəlb edilməsi, o cümlədən Türk dövlətləri vətəndaşlarının həyat keyfiyyətinin və sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş layihələrin birgə həyata keçirilməsi yolları müzakirə edilib.
Daha sonra Qazaxıstanın Əczaçılıq və Tibbi Avadanlıq Sərgisi ilə tanışlıq olub.
Digər Xəbərlər
06 Aprel 2026 16:34
Həmin ev söküldü, xəttin bərpası işlərinə başlanıldı - VİDEO
06 Aprel 2026 12:49
Sabah yenə yağış yağacaq
06 Aprel 2026 11:35
Kəmaləddin Heydərov Keşlədə - VİDEO
06 Aprel 2026 11:01
Azərbaycanda əməkhaqqına dair yeni tələb müəyyənləşir
06 Aprel 2026 11:00
Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
06 Aprel 2026 10:19
Bir sıra küçə və prospektlərdə hərəkət müvəqqəti məhdudlaşdırılacaq
06 Aprel 2026 09:38
Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq
06 Aprel 2026 09:20


Bakı -°C

