Türkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq
Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək.
Adalet.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində report-a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut deyib.
O qeyd edib ki, M. Kurum Bakıda həmkarı ilə görüşəcək.
Onun sözlərinə görə, səfər çərçivəsində bəzi müqavilələrin imzalanması gözlənilir.


Bakı -°C

