29 Noyabr 2012 23:25
9416
MÜSAHİBƏ

«Qəbələ» «Mançester Yunayted»i Azərbaycana gətirir

2008-ciildə «Qəbələ» Futbol Klubu Azərbaycanda bir ilkə imza atdı. Ölkəmizin futboltarixində ilk dəfə Qəbələ şəhərində Futbol Akedemiyası yaradıldı. O vaxtdanölkəmizin aşağı yaş qrupu üzrə ən istedadlı futbolçularından bir qismi də məhzhəmin akademiyaya toplaşıb. Qəbələ Futbol Akedemiyası hazırda Azərbaycan uşaqfutbolunun inkişafında özünəməxsus yer turur.

Akademiyabu günə qədər nə işlər görüb, bundan sonra planları nədir? Qol.Az saytınınmüxbiri bu və digər suallara cavab tapmaq üçün Qəbələ Futbol Akademiyasınındirektor müavini Nail Kərimovla görüşüb.

- QəbələFutbol Akademiyasının əsas məqsədi nədən ibarətdir?

- Bizimbaşlıca hədəfimiz «Qəbələ»nin əsas komandasına, o cümlədən Azərbaycanınmüxtəlif yaş qrupu üzrə, eləcə də əsas milli komandalarına keyfiyyətlifutbolçular qazandırmaqdır. Bununla yanaşı, akademiyamız özünü ölkəmizdənkənarda da tanıtmaq istəyir. Bildiyiniz kimi, uşaq futbolunda nəticə çox vacibdeyil, əsas keyfiyyətli futbolçuların yetişdirilməsidir. Amma təəssüflədeməliyəm ki, bizdə əksər uşaq futbol məşqçilərini daha çox qələbə düşündürür.Hətta bunun üçün özlərinin oyun sistemindən, prinsipindən də imtina edirlər.Bu, doğru deyil. Biz fikirləşirik ki, akademiyanın öz sistemi olmalıdır və bu,ani uğurların qazanılması üçün dəyişdirilməməli, sabit qalmalıdır.

- Siz busisteminizi qura bilmisiniz?

- Bəli,bizim bütün komandalarımız eyni sistemlə oynayır, eyni məzmunlu məşqləredirlər. Başqa yerlərdə də belə olmalıdır. Əsas odur ki, yaradılan sistem sonaqədər tətbiq olunsun. O zaman artıq güclü futbolçular da yetişəcək, komandalarda gözəl oyun nümayiş etdirəcəklər. Gözəl oyun olanda isə təbii ki, yaxşınəticə də qazanılır.

- Hazırdaakademiyanızdakı futbolçuların sayı nə qədərdir?

-Akademiyamızda 150-yə yaxın futbolçu var, onların hamısı AFFA-da qeydiyyatdankeçiblər. Futbolçuların bir hissəsi yerli, digər hissəsi isə bölgələrdən cəlbolunan 7-17 yaşlı uşaqlardır.

-Regionlarda seleksiya işləriniz necə qurulub?

-Akademiyamızda bütün regionlardan oyunçular var. Onlar müxtəlif yollarla cəlbolunurlar. Belə ki, ildə ən azı iki dəfəseleksiya günləri keçirilir. Həmin seleksiya günlərinin vaxtı klub tərəfindəntəyin olunur, təxminən bir ay öncədən bu haqda mətbuat və internet vasitəsiləməlumat verilir. Seçimlərdə hər kəs iştirak edə bilər. Bundan əlavə, oyunlarzamanı seleksiyaçılarımızın diqqətini çəkən futbolçular da komandalarımıza cəlbolunurlar. Daha bir yenilik ondan ibarətdir ki, bu yaxınlarda seleksiyaqrupunun fəaliyyətinə start vermişik. Təcrübəli mütəxəssis Böyükağa Ağayevseleksiya qrupuna rəhbər təyin olunub. Hazırda o, Bakıda fəaliyyət göstərir.Amma dekabrın 1-dən seleksiya qrupu ölkənin bütün yerlərində fəaliyyətgöstərəcək. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda potensialı, istedadıolan bütün uşaq futbolçular barədə məlumatımız olsun. Ola bilər ki, onlar başqaklublarda çıxış edirlər, amma biz ölkənin bütün potensialına bələd olmaqistəyirik. Bölgələrdə işə başlayan seleksiyaçılarımız futbolçunu uzun müddətizləndikdən sonra bizim akademiyaya gətirəcəklər. Belə olan halda oyunçuhaqqında tam məlumat əldə etmək mümkün olur. Təbii ki, bu, daha peşəkar yoldurvə bütün dünya səviyyəli akademiyalarda tətbiq edilir.

- HazırdaQəbələ Futbol Akedemiyasının neçə futbolçusu milli komandalarımızda oynayır?

- 19yaşlılardan ibarət yığmalardan etibarən hər bir yaş qrupunda oynayanfutbolçularımız var. Hazırda 19 və 17 yaşlılarda 2-4 futbolçumuz mütəmadi çıxışedir, amma nisbətən aşağı yaş qruplarında say dəyişir. Belə ki, U-16 və U-15komandalarında ən az 7-8 oyunçumuzu görə bilərsiniz. Bildiyiniz kimi, akademiyahazırda cəmi dördüncü mövsümünü keçiri, ona görə də, yuxarı yaş qruplarındatəmsilçilərimizin sayının az olması normaldır.

-Akademiyanızda futbolçulara hansı şərait yaradılıb?

- Futbolçuüçün əsas olan yaxşı meydança və yaxşı məşqçidir. Bizdə yaxşı məşqçilər vəmeydançalar var. Bazamızda süni, təbii, qapalı, bir sözlə, futbolçunun oynamasıüçün hər bir meydança mövcuddur. Ən son qum meydançası istifadəyə verilib,hansı ki, bu meydança futbolçuların fiziki cəhətdən möhkəmlənməsinə,ayaqlarının əzələ yığmasına xidmət edir. Eyni zamanda, qeyd etdiyim kimi,ölkənin ən yaxşı uşaq futbolu məşqçilərini yetişdirməklə məşğuluq. Fikrimizcə,təcrübəli, başqa klublarda uzun müddət işləmiş məşqçilər gətirməkdənsə, gənc vəperspektivli məşqçiləri cəlb edib onlara öz sistemimizi aşılamaq yaxşıdır. Qeydetdiyim kimi, «Qəbələ» Futbol Akademiyasının özünəməxsus məşq və oyun sistemivar, buna görə də, bizdə yeni işə başlayan məşqçilər istənilən halda bir müddəthəmin sistemi qavramağa çalışırlar və yalnız qavradıqdan sonra məsul vəzifəyətəyin olunurlar. Vurğulamaq lazımdır ki, klub məşqçiləri yüksək səviyyədəyetişdirmək üçün bütün mümkün yollardan istifadə edir. Həm akademiyamızarəhbərlik edən türkiyəli mütəxəssislər, həm əvəzedici komandamızın baş məşqçisiLuis Araqon tərəfindən mütəmadi seminarlar təşkil edilir, bəzən əsaskomandamızın məşqçiləri də bu seminarlara dəvət alırlar. Digər tərəfdən,ölkəmizə müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunurlar. Buna misal olaraq,ötən ilin dekabrında ispaniyalı mütəxəssislərin Qəbələdə keçirdikləri 10 günlükseminarı qeyd etmək mümkündür. Həmçinin, məşqçilərimiz mütəmadi olaraq AFFAtərəfindən təşkil edilən UEFA kurslarına göndərilirlər və xarici ölkələrə ezamolunurlar. İndiyə qədər məşqçilərimiz İspaniya, Rusiya, Türkiyə və Ukraynadamüxtəlif seminarlar və təcrübələr keçiblər.

- Hazırdaklubunuzda bir vaxtlar «Qalatasaray»da çalışmış Halim Fıçıcı və Rəcəp Yazıcı daişləyirlər. Bildiyimiz kimi, o, Türkiyə futboluna Arda Turan, Səbri Sarıoğlu,Aydın Yılmaz, Əmrə Çolak, Semih Kaya vədigər istedadlı futbolçular yetişdirib. Hazırda akademiyanızda onlara bənzərümidverici futbolçular varmı?

- Bizimklubda da hazırda yaxşı oyunçular çıxış edir. Adlarını çəkmək düz olmaz,fərqləndirmək istəmirəm. Əgər milli komandamızın aşağı yaş qruplarınınoyunlarını seyr etsəniz, orada akademiyanın necə istedadlı futbolçularınınolduğunu görərsiniz. Bu futbolçular bizim üçün xəzinədir. Amma onu da qeydetmək lazımdır ki, hər şey bizdən asılı deyil. İlk növbədə futbolçunun təhsilinin səviyyəsi yüksəkolmalıdır. Bu halda futbolçunun düşünmə qabiliyyəti də yüksəlir. Müasir dövrdəfutbolu sadəcə ayaqla yox, həm də beyinlə oynamaq lazımdir. İndi ayaq sadəcəvasitədir. Əslində hər şeyi edən beyindir. Bunun üçün də təhsilin yüksəksəviyyədə olması vacibdir. Təəssüf ki, bizdə bu sahədə müəyyən problemlər var.Digər məsələ ailələrlə bağlıdır. Avropada olduğumuz zaman valideynlərinmünasibətini görürük. Valideynlər mütəmadi olaraq uşaqlarının məşqlərinə vəoyunlarına gəlirlər. Bizdə uşaqlar var ki, onların valideynlərini sonuncu dəfəuşağını akademiyaya gətirəndə görmüşük. Üstəlik, bizə mane olan amillərdən biridə Qəbələnin daha əvvəllər futbol şəhəri olmamasıdır. Bilirsiniz ki, 2006-cıildən sonra klub Qəbələdə məskunlaşıb. Buna qədər də Qəbələdə sadəcə həvəskarfutbol olub, o da çox aşağı səviyyədə. Ailələr futbola inanmırlar, övladlarınıbizə təhvil vermək istəmirlər. İndi məktəblərdə təbliğat işləri aparmaqlamüəyyən dəyişikliklər etməyə nail olmuşuq, amma hələ də maraq arzuolunansəviyyədə deyil. Bu isə bizim işimizə mənfi təsir göstərən amillərdəndir. Ümidedirəm ki, bu çatışmazlıqları aradan qaldırandan sonra işlərimizi daha dasürətləndirə biləcəyik.

- Bu ilQəbələdə uşaq futbolçular arasında «I Qəbələ Kuboku» turniri keçirildi ki, buda yaddaqalan bir yarış oldu. Növbəti ildə də klubunuzun belə bir turnirkeçirmək planı var?

- Bəli.Artıq «II Qəbələ Kuboku»nun hazırlıqlarına başlanılıb. İştirak edəcəkkomandalara dəvətlər göndərilib. Bu dəfə daha möhtəşəm bir turnir görəcəksiniz.Dəvət olunan komandaların səviyyəsi də qaldırılıb. Çox məhşur klublarıngələcəyi gözlənilir. Təkcə onu deyim ki, dəvətlilər arasında «MançesterYunayted» də var və onlardan müsbət cavab alacağımıza inamımız böyükdür. Buhaqda ətraflı məlumat yaxın günlərdə mətbuata veriləcək. Turnir gələn il 28 may- 2 iyun tarixlərində keçiriləcək. Turnir ərzində bir sıra digər yeniliklər dəolacaq.

- QəbələFutbol Akedemiyasının fəaliyyətdə olduğu dörd ildə əsasən hansı uğurlarını qeydedə bilərsiniz?

- Qeydetdiyim kimi, bizim məqsədimiz hansısa oyunda və ya çempionatda qalib gəlməkdeyil, əsas komandamıza və Azərbaycanın milli komandalarına oyunçularverməkdir. Artıq akademiyanın yetirmələrindən Tərzin Cahangirov, Amil Yunanov,Elnur Mustafazadə, Murad Musayev və Müşfiq Teymurov «Qəbələ»nin əsas komandanınheyətində debüt ediblər. Bu oyunçulardan Amil, Müşfiq və Tərzin tez-tez «18-lik»dəyer alırlar. Yuxarıda qeyd etdiyim kimi, milli komandalarımızın tərkibindəxeyli təmsilçimiz var. Bütün bunlar, məncə, qısa müddət ərzində ciddiuğurlardır. Eyni zamanda, artıq akademiyamızda vahid sistemin tətbiqi işitamamilə yerinə yetirilir, akademiyamızda 150-yə yaxın futbolçu, 13 məşqçi,30-dan çox işçi heyəti var. Bütün bunlar artıq əsl akademiyaya çevrilməkdəolduğumuzun bariz göstəricisidir. Amma qətiyyən ideal olduğumuzu iddia etmirəm.Zamanla daha yaxşı olacağımıza inanıram, ümid edirəm ki, yaxın gələcəkdə adımızhələlik Şərqi Avropanın, sonra isə bütün qitənin ən yaxşı akademiyaları iləyanaşı çəkiləcək. Akademiyamızı daha da inkişaf etdirmək üçün daha bir neçəplanımız var və onları sıra ilə həyata keçirəcəyik. Biz akademiyamızı qurarkən,Azərbaycanda nümunə götürə biləcəyimiz akademiya yox idi, amma bizdənsonrakılar «Qəbələ»nin timsalında bu cəhətdən yoxluq çəkməyəcəklər.