"Qəbələdə ortaq irsimizin və güclü birliyin təntənəsini görürük"

Bu gün Qəbələdə biz yalnız toplantıda iştirak etmirik, həm də ümumi dəyərlərimizin, ortaq irsimizin və güclü birliyin təntənəsini görürük.
Adalet.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
Səmimi dəvətə və göstərilən misilsiz qonaqpərvərliyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirən V.Orban qeyd edib ki, Avropadan fərqli olaraq, burada ailə dəyərlərinə hörmət və ənənələrə sadiqlik görünür. “Biz burada bəşəri dəyərlərin qorunduğu, sabitliyin və qarşılıqlı inamın hökm sürdüyü bir mühiti müşahidə edirik. Bu toplantıda güclü liderlər bir araya gələrək gələcəyə yönəlik ortaq layihələr və strateji planlar barədə fikir mübadiləsi aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin nailiyyətləri, ölkəsində həyata keçirilən bərpaolunan enerji layihələri, sülh və əməkdaşlığa verdiyi önəm onu göstərir ki, bu regionda uzaqgörən və uğurlu siyasət həyata keçirilir”, - deyə Macarıstanın Baş naziri vurğulayıb.
Digər Xəbərlər

"TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb

Ərdoğan TDT-nin Qəbələdəki Zirvə Görüşü ilə bağlı paylaşım edib

Türkiyə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunmasını təklif edib

Kremldən İlham Əliyevlə Putinin telefon danışığı ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda yeni medal təsis edilir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi

Qurbanqulu Berdiməhəmmədov: TDT qardaş xalqların təşkilatıdır
