Qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər məlum olub
Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərin sayı açıqlanıb.
DİM-dən Adalet.az-a verilən məlumata görə, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu, 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 192 saylı orta məktəbin məzunları göstəriblər. Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.
III ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 323 saylı məktəbin məzunu göstərib.
III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

