15 Oktyabr 2024 13:26
228
MƏDƏNİYYƏT

 Qədim Alban və Oğuz abidələrinə yenidən "əl gəzdirilir: "Şübhəli" hissələr silinir

Əvvəlki məqalələrimizdə də bildirmişdik ki, Ermənistan höküməti və ictimaiyyəti qədim Oğuz və Alban abidələrini erməniləşdirmək üçün mütəşəkkil hücuma keçiblər. Daha dəqiq, mütəxəssislərin statistikasına görə İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi yox edilib.

Adalet.az xəbər verir ki, Ermənistan Təhsil və Mədəniyyət Nazirliyinin Ekspert Komitəsinin cari ilin dördüncü iclası keçirilib . İclasda bir sıra tarix və mədəniyyət obyektlərinə yeni aşkar edilmiş abidələrə statusun verilməsi məsələsi müzakirə olunub. Beləki, Komissiyanın müsbət rəyinə əsasən, iyirmi əsrdə tikilmiş bir neşə tikili xüsusi əhəmiyyətli abidə statusu alıb. Bundan başqa qədim dövrlərə aid , qədim albanlara və oğuzlara məxsus daha səkkiz tarix-mədəniyyət obyekti respublika əhəmiyyətli abidə statusu alıb.

Erebuni i.ə.v. Gerezmanots “Şəhər panteonu-3” (1980-ci illərdə), Ararat rayonu( Vedi rayonunun indiki adı -red-Ə.R), Urtsadzor (Çimənkənd -red- Ə.R) kəndinin “Mankuk” ərazisindən "tapılmış" (3.98.13) XIII-XVI əsrlərə aid 6 xaç daşı,. və 13-14-cü əsrlərə aid Tsaghkadzor (Tsaxadzor» - «Çiçəkli dərə».Erməni dilində «tsaxik» - gül, çiçək, dzor -dərə deməkdir.red- Ə.R) şəhərində, Kotayk marzında (Kotayk-Ağadərəsi, Katnaxpyur, Aqadzor — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd)Tsaqkunyats meydanının səki işləri zamanı aşkar edilib.
Maraqlı burasıdır ki, Qafqaza 1813-28-ci ildə Rusiya çarının əmrinə əsasən köçürülən ermənilər burda yaşı eramızdan əvvələ gedib çıxan tarixi abidələri özününküləşdirməyə çalışıb və çalışacaq, eyni zamanda yəqin ki, qədim abidələrə yeni əlavələr olacağı, abiddədə şübhə yeri olacaq hissələrə əl gəzdiriləcəyi də şübhəsizdir.

 

Qeyd edək ki, artıq 2024-cü ilin əvvəlindən ermənilər qədim türk  və alban abidələrini yenidən təmirə bağlayıblar. ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu məbədin bəzi hissələrində bərpa işlərinə, digər hissələrində isə gücləndirmə işlərinə 175 min dollar ayırıb.

 Əntiqə Rəşid