Qərb Bakıya qarşı: Mandatın bitməsi yaxınlaşdıqca, dəstək böyüyür
jpg-1733733961.jpg)
2023-cü ilin fevralında Aİ müşahidəçiləri Ermənistana yerləşəndə dedilər ki, bu, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına töhfə vermək üçündür. Yəni, Aİ missiyasının sərhəddə müşahidə aparması guya atəşkəsə nəzarətdir. Amma zaman keçdikcə bu missiyanın tam əks fəaliyyəti qarşı tərəfi -Azərbaycanı qıcıqlandırmaqda davam etdi.
Baxmayaraq ki, missiya iki ay orada qalmalı idi, lakin bu günə qədər oranı tərk etməyib. Aİ-nin 200 nəfərdən artıq şəxsin yer aldığı yarımrəsmi missiyasının mandatı 2025-ci il fevralın 19-da başa çatacağı deyilsə də, mənzərə başqa fikir yaradır. Çünki Fransanın təşəbbüsü ilə onun tərkibinin 400 nəfərə çatdırılması, fəaliyyət sahəsinin genişləndirilməsi barədə təklifləri var.
Adalet.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Aİ missiyasının baş qərargahında olub.
Bu barədə missiyanın X səhifəsindən öyrənirik.
“Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək şərəfdir, ona missiyanın son işi barədə məlumat verilib.
O da bizim hərəkətlərimizi yerindəcə izləmək üçün Xaçık kənd patruluna qoşuldu. Davamlı dəstəyinizə və əməkdaşlığa görə təşəkkür edirəm”, - Aİ-nin Ermənistandakı missiyasının mesajında deyilir.
Xatırladırıq ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Azərbaycanla həmsərhəd bölgəyə dəfələrlə gəlib və Aİ missiyasına öz dövləti adından dəstəyini nümayiş etdirib.
Qeyd edək ki, noyabrın 26-da Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Naxçıvanla sərhədə - Arazdəyənə gedərək Aİ missiyasının "binokl tamaşası"nda iştirak etməsi həmin texniki məqamların yalnız görüntü olaraq prioritetləşdirilməsini göstərdi. Bununla Qərb qərb demək istəyir ki, Aİ missiyasını orda saxlamaqda maraqlıdır.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov yəqin ki, Qərbin bu fəallığını gördüyü üçün bildirmişdi ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplayır.
Əntiqə Rəşid
Digər Xəbərlər

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin töhfələr verib

Gürcüstan prezidenti Azərbaycana gəldi - YENİLƏNİB + FOTO

Akar: Ermənistanın ağlını başına toplaması lazımdır

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

"Nümunəvi ömür yolu..." - Millət vəkili yazır

"Zərifə Əliyevanın nurlu xatirəsi hörmətlə anılır" - Əhliman Əmiraslanov
