12 Dekabr 2024 11:56
141
DÜNYA

Qərbdən pessimist  proqnoz: Ukrayna ərazi itirəcək, NATO -ya üzv olmayacaq

Rusiya Müdafiə Nazirliyi cəbhədə ötən gecəki vəziyyətlə bağlı məlumat yayaraq bildirib ki, Kursk vilayətində 4, Çeçenistan ərazisində 1, Şimali Osetiyada 3 və Krımda 8 ədəd PUA məhv edilib. Məlumatdan məlum olur ki, bir gecədə Ukraynanın 16 ədəd PUA-sını məhv edən Rusiya bütün gücü ilə müharibədə fəallıq göstərən tərəfin itkilərini də deməyə fürsət bilib.

Rusiya ötən gün -müharibənin 1022-ci günü Ukraynanın itkisi belə olub: “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 649 təyyarəsi, 283 helikopteri, 37 559 PUA-sı, 586 zenit-raket kompleksi, 19 725 tank və digər zirehli texnikası, 1 500 reaktiv yaylım atəş sistemi, 19 411 artilleriya və minaatanı, 29 138 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.
Əslində Rusiyanın da itkiləri az deyil, amma Ukrayna ilə müqayisədə Rusiya dəstəksizdir.


Məsələn ,ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Pyotr Mareşin Ukraynanı AB və NATO üzvlüyünə hazırlamağa başlaması elanı Ukraynanı həvəsləndirib:“Mən onlara F-16 və “Abrams”, raket göndərməyəcəyəm, amma onları gələcək tərəfdaşlığa və Ukraynanın AB və NATO-ya üzvlüyünə hazırlayacağam. Bunlar mənim vəzifələrimdir, - Mareş deyə bildirib.
Baxmayaraq ki, Pyotr Mareş Ukraynanın gələcəyi ilə bağlı nikbin notlarla danışıb, amma Slovakiyanın Baş naziri Robert Fitso tam bu pozitivliyin əksini iddia edib. Fitso bildirib ki, Ukrayna ərazilərini itirəcək və NATO-ya dəvət edilməyəcək. Baş nazir üstəlik Avropanı Rusiya ilə normal dialoqa başlamağa çağırıb.
Bu isə baş nazirin hər gün ABŞ və Qərbin hegemon dövlətləri tərəfindən Rusiyanı uzaqmənzilli silahlarla vurmağa həvəsləndirdiyi Ukraynanın qaranlıq gələcəyinə inamını ifadəsidir.

Qeyd edək ki, məlumatı  "Общенациональное телевидение" saytı  paylaşıb.

Əntiqə Rəşid