Qərbi Zəngəzurda azərbaycanlıların tarixi abidələrinin dağıdılmasının sübutları - VİDEO
CBC telekanalı çəkilişləri Ermənistanda, Qərbi Azərbaycanın Zəngəzur bölgəsində aparılan “Buğakar ziyarətgahı” sənədli filmini hazırlayıb.
Film Qərbi Azərbaycanda, müasir Ermənistan ərazisində yaşamış və irsləri məhv olunan azərbaycanlıların tarixinin az öyrənilən səhifələrinə həsr olunub. Lentin əsasında İrəvanda və Zəngəzurun kəndlərində çətin şəraitdə aparılan çəkilişlər dayanır.
Nəticədə CBC-nin çəkiliş qrupu yerli sakinlərin köməyi ilə qədim Azərbaycan ziyarətgahı olan Buğakarın izlərini aşkar edərək Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni abidələrin dağıdılmasına dair sübutları qeydə alıb. Filmin baş prodüseri CBC teleradio şirkətinin baş direktoru Vüqar Xəlilovdur.
Filmdə azərbaycanlıların mədəni-tarixi irsinin dağıdılması və gizlədilməsinin davam etdiyi İrəvanın kadrları təqdim olunub. Kinoxronikalar göstərilir və əvvəllər azərbaycanlılara məxsus torpaqlara xaricdən ermənilərin köçürülməsi barədə məlumatlar verilir. Çəkiliş qrupu bir vaxtlar azərbaycanlıların yaşadıqları kənddə olub və indiki sakinindən müsahibə alıb və o, bu torpaqların əslən azərbaycanlılara məxsus olduğunu etiraf edib. Bundan əlavə, filmdə Zəngəzurda dağıdılmış Buğakar ziyarətgahının dron ilə lentə alınmış unikal kadrları yer alıb. Filmin müəllifləri Fransa və ABŞ-nin Ermənistandakı səfirlikləri daxil olmaqla, müxtəlif səfirliklərə müraciət ediblər. Müraciətin məqsədi həmin səfirliklərin əməkdaşlarının Buğakar ziyarətgahına ziyarət edib-etməmələri və onun ermənilər tərəfindən dağıdılması barədə onlarda məlumatın olub-olmaması barədə məlumat əldə etmək olub. Müəlliflər dünya ictimaiyyətinin diqqətini azərbaycanlıların mədəni irsinin qorunub saxlanmasının və regionun obyektiv tarixi mənzərəsinin bərpasının əhəmiyyətinə cəlb etməyi qarşılarına məqsəd qoyublar.
Filmi bu linkdən izləyə bilərsiniz:
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

