adalet.az header logo
  • Bakı -°C
12 Iyul 2026 15:00
64
DÜNYA
A- A+

Qətərdə 4 günlük matəm elan edildi

Qətər Əmirinin Dəftərxanası keçmiş dövlət başçısı şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkədə dörd günlük ümummilli matəm elan edib.

Adalet.az xəbər verir ki, matəm iyulun 12-dən etibarən qüvvəyə minib.

Dörd gün ərzində Qətərin bütün ərazisində dövlət bayraqları yarıyadək endiriləcək.

Bundan əlavə, iyulun 13-dən etibarən ölkədəki nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-dan etibarən yenidən öz vəzifələrinin icrasına qayıdacaqlar.