Ürək sağlamlığı üçün ən faydalı məhsul açıqlandı
Kardioloq Albina Kiikova ürək sağlamlığını qorumaq üçün gündəlik menyuya çuğundur daxil etməyi tövsiyə edib.
Adalet.az xəbər verir ki, mütəxəssis ürək-damar xəstəliklərinin profilaktikası üçün ən faydalı olan bu məhsulun özəlliklərini açıqlayıb.
O qeyd edib ki, çuğundurun əsas dəyəri onun zəngin tərkibindədir:
“Bu tərəvəz orqanizmdə damar tonusunu tənzimləyən azot-oksidinə çevrilən təbii nitratlarla zəngindir. Bundan əlavə, çuğundurun tərkibində iltihab proseslərini azaldan antosianin və betasianin antioksidantları, həmçinin elektrolit balansını və ürək-damar sisteminin normal fəaliyyətini təmin edən kalium və maqnezium mövcuddur”.
Həkimin sözlərinə görə, klinik araşdırmalar çuğundurun müntəzəm qəbulunun arterial təzyiqi aşağı saldığını, damarların funksiyasını yaxşılaşdırdığını və iltihabın dərəcəsini azaltdığını sübut edib.
Bununla belə, kardioloq vurğulayıb ki, sübut olunmuş faydalarına baxmayaraq, insanlar çuğundura hələ də ürək xəstəliklərinin qarşısını alan mühüm vasitə kimi baxmırlar.
Onun fikrincə, bu, tərəvəzin tərkibindəki nitratlarla bağlı yaranan qorxulardan irəli gəlir.
Lakin həkim arxayın edib ki, normasında (mülayim) istehlak edildikdə çuğundurdakı nitratlar sağlamlıq üçün heç bir təhlükə yaratmır.
Digər Xəbərlər
10 Avqust 2026 11:17
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
10 Avqust 2026 09:13
Bu 3 faktor demensiyanı 13 il gecikdirir
09 Avqust 2026 00:51
Dünyada 2,2 milyard insanın görmə problemi var
08 Avqust 2026 15:58
Bu içkilər gələcəkdə yüksək təzyiqə səbəb ola bilər
07 Avqust 2026 09:31
Bir çox insan mədə problemi hesab edir - pankreas xərçənginin ilk əlamətiymiş
06 Avqust 2026 10:32
Ana südünü necə artırmaq olar?
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 15:29


Bakı -°C

