QHT-lərin fəaliyyətinin dayandırılmasına dair yeni prosedur müəyyənləşir
Qanunvericiliyin tələblərinin pozulması hallarında qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılmasına dair yeni prosedur müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihısində əksini tapıb.
Qüvvədə olan qanuna görə, belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Layihəyə əsasən, belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.
Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti onların dayandırılmasına səbəb olmuş pozuntular aradan qaldırıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxtından əvvəl bərpa oluna bilər.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
27 Noyabr 2026 12:07
Ceyhun Bayramovla Marqus Tsahkna arasında təkbətək görüş başladı
27 Noyabr 2026 12:02
Prezident Estoniyanın xarici işlər nazirini qəbul edib
27 Noyabr 2026 11:57
Milli Məclis Orta Kür kontrakt sahəsi üzrə Sazişi ratifikasiya edib
27 Noyabr 2026 10:13
Elçin Əmirbəyov Kanadada Zəngəzur dəhlizini müzakirə edib - FOTO
27 Noyabr 2026 09:36
Paşinyan Rusiya sərhədçilərinin çıxarılmasını gündəmə gətirdi - Politoloq
26 Noyabr 2026 17:24
Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb
26 Noyabr 2026 14:00
Simonyan Azərbaycana səfər edəcəyini açıqladı
26 Noyabr 2026 13:34


Bakı -°C

