"Qida təhlükəsizliyi vahid sağlamlığın mühüm tərkib hissəsidir" - AQTA sədri
“Müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edir və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndiririk”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada keçirilən “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
Q.Təhməzli bildirib ki, hazırda dünyada insanların və digər canlıların sağlamlığına, habelə ətraf mühitə ciddi zərər vura bilən amillər qabarıq formada özünü büruzə verməkdədir. Eyni zamanda, bu amillərin idarə olunması və onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda müvafiq əlaqələndirilmiş fəaliyyət mexanizmləri yaradılmaqdadır: “Bu istiqamətdə həyata keçirilən və planetin canlı aləminin qorunması üçün tətbiq edilən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində ölkəmizdə də mühüm addımlar atılır.
Məlumdur ki, qida təhlükəsizliyi “Vahid Sağlamlıq” konsepsiyasının strateji təməl sütunlarından biridir. Əhalinin sağlam və təhlükəsiz qidaya əlçatanlığının təmin edilməsi üçün isə ilkin istehsaldan istehlaka qədər qida zənciri boyunca ətraf mühit amillərinin zərərli təsirləri də daxil olmaqla, bütün potensial risklərin düzgün idarə edilməsi zəruridir. Lakin hava, su və torpaqda mövcud olan təbii çirkləndiriclər, habelə bitkiçilik təsərrüfatlarında pestisid və aqrokimyəvi maddələrdən, heyvandarlıq təsərrüfatlarında baytarlıq preparatlarından və antibiotiklərdən düzgün istifadə edilməməsi, bitki və heyvan mənşəli qida məhsullarında bu maddələrin qalıqlarının yol verilən hədlərdən yuxarı olmasına səbəb olur. Bu da yalnız bitki və heyvan sağlamlığına deyil, həm də insan sağlamlığına ciddi təhlükə yaradır. Statistik göstəricilərə əsasən, hər il dünyada təxminən 600 milyon insan müxtəlif çirkləndiricilərlə sirayətlənmiş qida məhsulları səbəbindən sağlamlıq problemləri ilə üzləşir. Xüsusilə, antibiotiklərdən məsuliyyətsiz istifadə halları qlobal miqyasda narahatlıq doğuran antimikrob rezistentliyin yaranmasına səbəb olur ki, bu da müasir səhiyyə və qida təhlükəsizliyi sistemləri üçün aktual məsələlərdən biri kimi qəbul edilir. Eyni zamanda heyvan sağlamlığına birbaşa, insan sağlamlığına isə dolayı yolla təsir etdiyini nəzərə alaraq, yem məhsullarının da təhlükəsizliyi qida təhlükəsizliyinin mühüm tərkib hissəsi hesab olunur”.
Digər Xəbərlər
20 Yanvar 2026 09:51
Gənc qızları siqaret aludəçiliyindən necə xilas edək? - Fazil Mustafa
19 Yanvar 2026 14:56
Su çiçəyinə yoluxmada artım olub
15 Yanvar 2026 12:57
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Yanvar 2026 10:33
Uşağınız niyə sizə deyil, naməlum blogerlərə inanır? - Mütəxəssis əsas səbəbi izah edir
13 Yanvar 2026 10:32
Yeniyetmə yaşında olan uşaqların psixoloji xüsusiyyətlərini anlayın - SN-dən valideyinlərə tövsiyə
08 Yanvar 2026 16:40
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28


Bakı -°C

